İdman

Qurban Qurbanovdan Keyta açıqlaması: “Siyahımızda var”

Bu gün “Qarabağ”ın 10-cu dəfə Azərbaycan çempionu olması münasibəti ilə “Xəyal adaları”nda tədbir keçirilir.

Fanat.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

“Bu adı qoruyub saxlamaq çox xoşdur. Hər il çempionatda birinci olmağı məqsəd qoyuruq. Bu il də çempionluq adını qoruyub saxlamaq bizim üçün xoş oldu. Futbolçularımız çox yaxşı performans göstərdilər. Düşünürəm ki, çempionluq adına layiq idilər”.

51 yaşlı mütəxəssis “Zirə”nin fransalı futbolçusu Hamidu Keytanın transfer məsələsinə də toxunub: “Keytanın transfer ediləcəyi söhbəti realdır. Uzun müddət deyil, ancaq siyahımızda var idi”.

Qurbanov bu il iştirak edəcəkləri Çempionlar Liqası turniri və komandanın yay planları ilə bağlı da danışıb: “Çempionlar Liqası ciddi turnirdir. Keçən il ilk matçdan pley-offa qədər çox ciddi rəqiblər düşdü və çox maraqlı oyunlarımız oldu. Bu il də turnirə ciddi hazırlaşmağa məcburuq. Tam istədiyimiz heyəti formalaşdırmışıq demək yalan olar. Bir neçə oyunçu dəvət etmək istərdik. Amma hər bir halda əlimizdə olan futbolçulara güvənmişik və performanslarını yaxşılaşdırmağa çalışmışıq. Hazırda da onları turnirə hazırlamağa çalışırıq. Amma komandaya yeni oyunçu dəvət etmək planımız da var. Futbolçularımızın sayı çox olsun ki, keyfiyyətimiz də daha yuxarı olsun. Əgər danışıq apardığımız oyunçular alınarsa, mütləq heyəti gücləndirmək istəyirik.

Komandanın hazırlıq planı bəllidir. İyun ayının 10-da Bakıda yığışacağıq. Ayın 22-i Avstriyaya səfər gözlənilir. Proqram və oyun günləri bəllidir. Sadəcə rəqiblərin adı hələ bilinmir. Adlar tam bəlli olduqdan sonra ətraflı məlumat veriləcək”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button