ManşetSiyasət

Türkiyənin keçmiş daxili işlər naziri: ”İranın demoqrafik strukturu xaotik durumlara açıq vəziyyətdədir”

Türk siyasətinin və dövlət idarəçiliyinin duayenlərindən Sadettin Tantan Turan Agentliyi Türkiyə bürosunun suallarını cavablandırdı.

* * *

Turan: Dekabrın 27-də Azərbaycanın Tehran səfirliyinə qarşı təşkil edilən terror aksiyası hansı nöqteyi-nəzərlərdən dəyərləndirilə bilər?

Tantan: Əvvəllər də dediyim kimi, böyük dövlətlərin bölgədəki varlığının davamı həm də ölkələr arasındakı münasiblətləri pozan bu cür hadisələrin davam etdirilməsinə bağlıdır. Ona görə səbəbi nə olursa-olsun, bu cür hadisələr bundan sonra da baş verəcəkdir. Məlumdur ki, keçən ilin sentyabrında İranda başlamış etiraz nümayişləri hələ də davam etməkdədir. Azərbaycan səfirliyinə qarşı təşkil edilmiş terror aksiyasının başqa səbəbi nədir? Azərbaycanın işğaldan azad edilmiş bölgələrində İsrail ilə güclü şəkildəd əməkdaşlıq edir. Bu, gələcəkdə İranın demoqrafik strukturunda xaotik vəzəiyyətlərin meydana çıxmasına səbəb olmaması üçün regionda güç-qüvvə sahibi olmağı iddia edən İranın Azərbaycanı qorxutmağa çalışmasının bir örnəyi ola bilər.

Turan: 44 günlük müharibədən sonra İran İslam Respublikasının Azərnaycana qarşı daim təzyiqi yüksəltmə siyasəti izləməsinin səbəbi nədir? Azərbaycan buna necə təsirli cavablar verməlidir?

Tantan: İşğal edilmiş torpaqların azad edilməsi və Qarabağ məsələsinin həllinin 1994-cü ilin mayında ATƏT-in Minsk Qrupuna verilməsiylə Azərbaycan 2020-ci ilin yayına qədər yuxuya verilmişdir. Bu da ən çox Rusiya və İranın faydasına olmuşdur. Erməni diasporasının güclü olduğu ABŞ və Fransa da Azərbaycan torpaqlarının Ermənistan işğalı altında qalmasına göz yummuş və təxminən 30 il ələkdə su daşınmışdır. Beynəlxalq səviyyədəki qərar və qətnamələr yerinə yetirilməmiş və 100% haqlı vəziyyətdəki Azərbaycan, bir növ, haqsız vəziyyətə salınmışdır. Buradan hansı nəticəni çıxara bilərik? Sanki bizim eradan əvvəl dövləti olmuş Ermənistana işğal etdiyi torpaqlar kifayət etmədiyinə görə, Azərbaycan topraklarının əksəriyyətinə qarşı iddia etmək eşqinə düşmüşdü. Təəssüf ki, b cür durumlardan istifadə etməyə çalışan böyük dövlətlər regionda həyata keçirdikləri müstəmləkəçilik siyasətində Ermənistan kimi dövlətlərdən istifadə edirlər. Ona görə Türkiyə də bunlardan dərs almalıdır. Sykes Picot və Sevr sazişlərinə baxanda bir çox şeyin o vaxtlar bizə də diqtə edildiyini görürük. Biz Türklər savaşmadan öz haqlarımızı bizə vermirlər. Onun üçün 13 il əvvəl yaradılmış Türk Dövlətləri Təşkilatının da bu məsələlərə geniş pəncərədən baxması və qüvvələri birləşdirmək yolunda qərarlı addımlar atması lazımdır.

Turan: İrandakı rejimlərin xarakteristikasına baxmadan Türkiyə Cümhuriyyəti qonşu ölkəyə qarşı həmişə diqqətli siyasət yürüdüb böhran yaranmamasına çalışır. İran ilə Azərbaycan arasında yaşanan bu gərginlikdə Türkiyə hansı mövqedə durmalıdır?

Tantan: 1639-cu ildə imzalanan Qəsri-Şirin sazişindən bu günə qədər Şərq sərhədimizdəki qonşumuzla münasibətlərdə diqqətli və həssas siyasət izləmişik. Ancaq əks tərəf hal-hazırda Azərbaycana qarşı yürütdüyü siyasətə uyğun şəkildə əvvəllər ölkə içində və xaricdə PKK terror təşkilatını və bəzi dini təşkilaları dəstəkləyərək Türkiyəyə qarşı mövqe tutmuşdur. Terror təşkilatının öz başına da bəla olacağını görəndən sonra Türkiyə ilə əməkdaşlıq etmişdir. Mövcud durumda Türkiyə öz mənafeyini ön plana çıxararaq siyasət yürütməli və görəcəyi işləri sakit şəkildə həyata keçirməlidir. Bu gün Azərbaycana qarşı yürüdülən düşmən xarakterli siyasət yarın o biri Türk dövlətlərinə qarşı da yürüdülə bilər. Türkiyə bunu yaxşı analiz edərək Türk dövlətlərinin birlikdə addımlar atmasına nail olmalıdır.

Turan: Azərbaycanın illərdən bəri İranın işğalçı Ermənistanı dəstəklədiyinə dair xəbərdarlıq etməsinə baxmayaraq, son aylarda İran həm işğalçıya dəstəyini gücləndirdi həm də Azərbaycanın işğaldan azad edilmiş bölgələrində İsrailin həyata keçirməyə başladığı layihələrə qarşı öz narahatlığı gizləməyərək gərginliyi artırdı. Bu barədə nə demək istəyərdiniz?

Tantan: Məsələlərin xülasəsini bu şəkildə vermək mümkündür:

İranın demoqrafik strukturu xaotik durumlara açıq vəziyyətdədir;

Rusiya kimi istər Orta Şərqdə istərsə də Zaqafqaziyada tənha qalması. Bunu idrak etdiyinə görə tarixdən üzü bəri Rusiya və Ermənistanla dostluq münasibətlərini davam etdirməkdədir;
Başda nüvə enerjisi sahəsində olduğu kimi, qarşılıqlı silah alverində də özünü Rusiyadan asılı gördüyünə görə Zaqafqaziyada müştərək siyasət yürütmək məcburiyyətindədir. Buna görə də Azərbaycanı sıxışdırmağa çalışır;
Qarşılıqlı əməkdaşlığın ən mühüm şərtlərindən biri isə keçmiş SSRİ coğrafiyasında yaradıla biləcək Turan Birliyinin qabağını almaqdır.
Turan: Qafqaz, Orta Şərq, Qara dəniz, Aralık dənizi və Xəzər dənizi hövzələrinə əbədi sülhün gəlməsi üçün bir an əvvəl hansı addımların atılmasını tövsiyyə edirsiniz?

Tantan: Hər şeydən əvvəl, region ölkələri öz aralarında sülh və əməkdaşlıq paktları imzalamalı və bu pakta daxil olmayanlar əməkdaşlıqlardan kənarlaşdırılmalıdır. İqtisadi, hərbi, siyasi sahələrdəki əməkdaşlıqlar xalqların rifah halının inkişafına səbəb olacaq layihələrlə dəstəklənməlidir. Ölkələrin ərazi bütövlüyünə hörmət prinsipi çərçivəsində birgə inkişaf məsələləri həyata keçirilməlidir.

Bənzər yazılar

Back to top button