Hadisə

Qurban Yetirmişli: “Azərbaycanda güclü zəlzələ olması ehtimalı yoxdur”

Baş direktor deyib ki, əvvəllər inşaat işləri aparlanda da onlara müraciət edilirdi

“Türkiyədə baş vermiş zəlzələ Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz”.

Bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycada güclü zəlzələ olması ehtimalı yoxdur.

“2019-cu ilə qədər aparılan inşaat işlərində bizə müraciət olunurdu, lakin indi müraciət yoxdur”, – Yetirmişli söyləyib.

O bildirib ki, müraciətlər olanda əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər: “Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olunmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur”.

Bənzər yazılar

Back to top button