Dünya

Volkan Demirel ağlayaraq yardım istədi – Video

Türkiyənin “Fənərbağça” klubunun keçmiş qapıçısı, “Hatayspor” klubunun baş məşqçisi Volkan Demirel ölkəsində baş verən zəlzələdən sonra ehtiyacı olan insanlara yardım istəyib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə instaqram hesabında canlı yayım edib.

Keçmiş futbolçu kömək istəyərkən göz yaşlarını saxlaya bilməyib:

“Nə qədər imkan varsa, hamısını göndərməyinizi istəyirəm. Sadəcə Hatay, Antakya deyil. Xahiş edirəm, Allah rızası üçün köməyinizi əsirgəməyin. Burada insanlar çox pisdir”.

Qeyd edək ki, Türkiyədə səhər saatlarında güclü zəlzələlər baş verib. Son məlumata görə, ümumilikdə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.

Bənzər yazılar

Back to top button