İdman

Erkin İbrahimovu hansı məşqçi aldadıb? – Məsələni bu cür qoymayacam

“Təəssüflər olsun, bizdə elə məşqçilər var ki, işləyən zaman yalnız eyni menecer dəstəsindən futbolçu alırlar.

İşləməyəndə də, şikayətlənirlər ki xaricilər işləyir, biz qalmışıq boşda. Belələri boşda qalmalı adamlardır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Erkin İbrahimov deyib.

Tanınmış futbol agenti yerli məşqçilərin biri tərəfindən aldadıldığını bildirib. O, konkret ad çəkməsə də, həmin çalışdırıcının şəxsi maraqlarına görə klub rəhbərliyinə yalan danışdığını söyləyib:

“Hələlik ad çəkmirəm, sadəcə, onu deyim ki bu tip adamlara görə ölkədə azı iki klub dağılıb. Adamın vaxtını alırlar, sonra da pul qazanmaq üçün yaxınlarından futbolçu götürürlər.

Buradan xəbərdarlıq edirəm – bu işlərlə məşğul olanların sonu yaxşı olmayacaq. Bir dəfə həmin adam canını qurtardı, yenə əl çəkmir.

Daha mənim də səbrim tükənib, diplomatiya-filan bitib. İl oldu 2023, bəzi adamlar hələ də 90-ci illərdə qalıblar.

Susduq, bəsdir, daha! Hərəyə öz yerini göstərmək lazımdır. Bir ay vaxtımı alın, oyunçuları bəyənmə, axırda da sıx çalışdığın dəstədən futbolçu götür.

Daha əvvəldən deyərdilər ki, bura futbolçu vermə, monopoliyadır, işimi bilərdim. Eybi yox, bundan sonra görəcəklər insanların üzünə yalan danışıb, arxada iş görməyin sonu necə olur

əmin məşqçi hər yerdə deyir ki, klubun büdcəsinə qənaət edir. Əslində isə sponsorun bu sahəni bilməməsindən istifadə edərək, ciblərini doldurur.

Elə fikirləşməsin ki, heç kim etdiklərini bilmir. Həmin klubda çalışanlar da bu məsələdən artıq xəbərdardır, geci-tezi var.

Məsələni bu cür qoymayacam. Bu, ilk xəbərdarlığımdır edirəm. AFFA rəhbərliyinə, ardınca isə klubu maliyyələşdirən sponsorun birinci şəxsinə məlumat verəcəm.

Yaxın günlərdə lazım olan adamlarla görüşüb, bildiklərimi çatdıracam. Sponsorlar da yazıqdır.

Futbola pul yatırırlar, di gəl ki şəffaflıq olmayan yerdə xərclənən pullar niyyəti çirkin olanların cibinə gedir, nəticə də olmur.

Sonda sponsorlar məhz bu problemlər üzündən futboldan əlini çəkir”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button