Dünya

ABŞ hakimiyyəti tarixdə ilk dəfə olaraq Rusiyanın aktivlərini Ukraynada istifadə etmək üçün müsadirə edib

ABŞ ilk dəfə olaraq Rusiyanın müsadirə edilmiş aktivlərinin Ukraynaya verilməsinə icazə verib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Bu, Krımda separatçıları maliyyələşdirən rusiyalı oliqarx Konstantin Malofeyevdən müsadirə edilmiş pullardır.

Ötən həftə Nyu-Yorkda federal bölgə hakimi prokurorluğun Malofeyevə məxsus 5,4 milyon dollara həbs qoya biləcəyinə qərar verib. Bundan sonra ABŞ baş prokuroru Merrik Qarland pulun “Ukrayna xalqına dəstək üçün” Dövlət Departamentinə verilməsinə icazə verib.

Bazar ertəsi Turan-ın müxbirinin bunun Rusiya oliqarxları üçün hansı mesaj olduğu haqqında sualına cavabda mətbuat katibi Ned Prays deyib ki, mesaj “çox bəsitdir”: “Bu amansız müharibəni dəstəkləyənlər cəzasız qalacaqlarına ümid etməsinlər, bizim onları məsuliyyətə cəlb etmək üçün imkanlarımız var”.

Onun sözlərinə görə, Dövlət Departamenti ukraynalılara dəstək məsələsində “yaradıcı yanaşma nümayiş etdirəcək”. Bu vəsaitdən həm qısamüddətli təhlükəsizlik, humanitar və iqtisadi ehtiyaclar üçün, həm də ölkənin bərpası daxil olmaqla, uzunmüddətli gələcəkdə istifadə oluna bilər.

Bənzər yazılar

Back to top button