CəmiyyətManşet

Azərbaycan telekanalları efirdə əyləncəli verilişləri ləğv edir

Azərbaycan Dövlət Televiziyası – AzTV Türkiyədə dağıdıcı zəlzələ ilə əlaqədar əyləncəli verilişləri ləğv edib.

Dövlət şirkətinin press-relizində deyilir ki, AzTV, Mədəniyyət TV, İdman TV telekanallarının və dövlət radiosunun proqramlarından musiqili-əyləncəli verilişlər çıxarılıb.

Bundan başqa, dövlət televiziyası fəlakət zonasına jurnalist qrupu göndərib, həmin qrup AzTV-nin yerli bürosunun əməkdaşlarına qoşulub.

Hazırda üç çəkiliş qrupu canlı qoşulma vasitəsilə müntəzəm olaraq Kahramanmaraş, Adana və Malatya şəhərlərindən xilasetmə işləri haqqında məlumat verir.

Öz növbəsində, Audiovizual Şura (Azərbaycanda yayımı tənzimləyən orqan) ölkənin bütün telekanallarını Türkiyədə çox sayda insanın ölümü ilə nəticələnən zəlzələ ilə əlaqədar proqram səbətinə dəyişiklik etməyə çağırıb.

Sosial şəbəkələrdə yer alan məlumatlara görə, Bakıda bəzi restoranlar musiqi proqramlarını ləğv ediblər.

Türkiyədə fevralın 12-də qədər milli matəm elan edilib.

Bənzər yazılar

Back to top button