Hadisə

Xəzər dənizindəki gəmilərə fırtına barədə xəbərdarlıq edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Xəbərdarlıqda gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması qeyd ounur.

Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilərin gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırması tövsiyə edilir.

Gəmi kapitanlarına külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin təhlükəsiz dayanmalarını təmin etmələri tapşırılır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti fevralın 7-si günün ikinci yarısından fevralın 10-u gündüzədək Xəzər dəniz akvatoriyasında şimal-qərb-şimal küləyinin sürətinin 18-23 ms, arabir 25-28 ms-dək güclənəcəyi gözlənilir. Proqnoza görə, külək fevralın 8-i gündüzdən 9-u gündüzədək açıq dənizdə arabir 30-35 ms qədər güclənəcək. Dalğanın hündürlüyünün 3-5 metr, sonrakı inkişafda 6-8 metr olacağı bildirilir.

Bənzər yazılar

Back to top button