Digər

Laçın yolunda aksiyanın 58-ci günü

Fevralın 7-də Qırmızı Xaç Komitəsinin maşınları ilə Qarabağdan Ermənistana altı xəstə erməni aparılıb. Xəbəri Ermənistan KİV-ləri yayıb. Bu günə qədər Qırmızı Xaç Komitəsi Qarabağdan Ermənistan xəstəxanalarına 76 xəstə aparıb.

Elə bu gün Rusiya sülhməramlılarının karvanı Laçın yolu ilə Xankəndindən Laçına gedib. Hər hansı insident qeydə alınmayıb.

Xatırladaq ki, Laçın yolunda Azərbaycan vətəndaş fəallarının aksiyası 58 gündür davam edir. Fəallar Qarabağın ermənilər yaşayan ərazisi üzərində Azərbaycanın suverenliyinin bərpa olunmasını tələb edirlər. (Turan)

Bənzər yazılar

Back to top button