Siyasət

İlqar Məmmədov prezident seçkilərində namizəd olacaq?

“Növbədənkənar prezident seçkilərində REAL partiyası texniki namizədlə çıxış etməyəcək: namizədimiz ya siyasi olacaq, yəni partiyanın rəhbəri kimi mən, ya da heç olmayacaq. Olmaya bilər, çünki ən ciddi önəm verdiyimiz 2024 növbəti parlament seçkisidir”.

Bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

İ.Mənmədov bildirib ki, texniki namizəddən istifadə həmişə də olmasa, adətən demokratiyaya zərərlidir: “Siyasi partiyalar onları qələbə üçün deyil, seçkidə iştirakın yaratdığı üstünlükləri əldən verməmək məqsədilə irəli sürür – komissiyalarda yer, müxtəlif kvotaların itirilməməsi və s. Texniki namizəd sayılacaq şəxsi ya da təşkilatı əksər hallarda rəqibin klonu kimi də ortaya atırlar (eyni ya da oxşar ad, görkəm, üslub, şüar və s.) Belə hallarda məqsəd – seçicini çaşdırıb əsas rəqibinin səsini mümkün qədər azaltmaqdır. Oturuşmuş demokratiyada texniki namizədin istifadəsi gözə az dəyir. Seçicilər təcrübəlidir və bu üsuldan faydalanmaq istəyən partiya rəqibinin səsini azaltmaqdan çox öz səsini itirir. Beləliklə, REAL partiyasının qərarını gözləyin. Seçim aydındır: ya bütün diqqəti 2024 növbəti parlament seçkisinə yönəldəcəyik, ya da növbədənkənar prezident seçkilərində namizədlə iştirakı həmin hazırlıq işimizə uyğunlaşdıra biləcəyik”.

Bənzər yazılar

Back to top button