Gündəm

Türkiyədəki zəlzələ bölgəsində Azərbaycan vətəndaşlarının təxliyəsi başlayır

Fevralın 7-si saat 15:00-dan etibarən Türkiyənin zəlzələdən zərər çəkən bölgələrindən Azərbaycan vətəndaşlarının təxliyəsinə başlanıb.

Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana vilayətlərinin avtovağzallarından təxliyyə avtobusları Azərbaycana yola salınacaq, bu barədə Azərbaycan XİN-in məlumatında deyilir.

İlk mərhələdə Türkiyədə təhsil alan tələbələrin və təcili köməyə ehtiyacı olan şəxslərin təxliyəsi həyata keçiriləcək.

Azərbaycanın Türkiyədəki diplomatik missiyaların nəzdində yaradılmış operativ qərargahlar zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərdə -Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mersinde məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları siyahıya alınır.

Bənzər yazılar

Back to top button