GündəmSiyasət

Separatçıların liderləri Moskvada danışıqlar aparır?

10 gün əvvəl Qarabağın “prezidenti” Araik Arutyunyan Rusiyaya gedib, burada müxtəlif rəsmi səviyyələrdə görüşlər keçirib, Rusiyanın Qarabağla bağlı mövqeyini müzakirə edib. O, 4 gün əvvəl geri qayıdıb. Bundan sonra “dövlət naziri” Ruben Vardanyan Moskvaya gedib. O, hələ də Moskvadadır və orada eyni məsələləri müzakirə edir. Bu barədə çərşənbə günü Ermənistanın “Qrapark” nəşri xəbər verib.

Qeyd edək ki, Arutyunyan və Vardanyanın Bakıdan xəbərsiz Qarabağdan neçə çıxdığı hələlik aydın deyil.

Laçın yoluna Azərbaycanlılar nəzarət edir və bu yoldan separatçıların keçdiyini heç kim görməyib. Onlar Rusiya sülhməramlıları ilə birlikd Xocalıdan helikopterlə gediblərsə, deməli, Bakı buna razılıq verib.(Turan)

Bənzər yazılar

Back to top button