Hadisə

Evlərindən bir milyon manat oğurlanan prorektor yüksək vəzifəyə gedir?

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva işdən çıxarılır.

AzFakt.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru G.Əliyevanın daha yüksək vəzifəyə gedəcəyi iddia edilir.

Qeyd edək ki, G.Əliyeva 2005-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbiyyat və Azərbaycan dili” kafedrasının müdiri, 2012-ci ildən “Tərbiyə işləri üzrə” prorektor, 2015-ci ildən “Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə” prorektor vəzifəsində çalışır. Gülşən Əliyeva AMEA-nın professoru, Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın (Kəngərli) qızıdır.

Xatırladaq ki, bir neçə il öncə Aybəniz Əliyevanın evindən bir milyon manat oğurlanmışdı. Xanım alimin evində bir milyon manat olması və evin qulluqçusu tərəfindən bu vəsaitin oğurlanması ölkə mediasında geniş rezonans yaratmışdı. O zaman hadisə ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva mediaya açıqlama verərək alimin evində bir milyon vəsaitin olmağını qeyri-adi hal hesab etməmişdi: “Əgər siz, həqiqətən, jurnalistsinizsə, hüquq-mühafizə orqanlarına müraciət etməyə hüququnuz var. Nəsimi rayon Prokurorluğuna rəsmi şəkildə sənədlərimizi təqdim etmişik. Bizim “Sovetski” adlanan ərazidə, Mirzə Fətəli küçəsində 2 mərtəbəli mülkümüz olub. Hökumət o evin əvəzində bizə 220 min pul verib. Bundan əlavə, əlimizdə digər pulların da mənbələri var. Yəqin ki, orada soyadımızı oxudunuz. Biz məşhur Kəngərli nəlindənik, köklü ailəyik. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Kefli İsgəndərin prototipi mənim babamdır. Biz qələm əhliyik. Başa düşürəm, sizə də bir xəbər lazımdır. Əslində, bir ziyalının tərəfini qoyub, oğrunun tərəfini saxlayırsınız. Bu adam 2015-ci ildən evimizdən bu şeyləri yavaş-yavaş aparıb. Sadəcə, anam buna inanıb ki, yazıqdır, kasıbdır. Deyir, guya anam xəstə olub və anama baxdığı üçün bu şeyləri ona hədiyyə vermişəm. Mənim bacım məşhur həkimdir, skaleoz əməliyyatları həyata keçirir. Bacım anamı yox, yüzlərlə başqa adamı müalicə edir. Aybəniz xanım onkoloji xəstədir. Biz onu dizimizin üstündə Almaniyaya, digər şəhərlər aparıb müalicə elətdirmişik. Aybəniz xanım 50 ildir bu sahədə işləyir, bir neçə 50-70 minlik qrantları var. Bunların hamısı sənədlidir. Bacım həkimdir, etdiyi əməliyyatların rəsmi qiyməti 5 min manatdır, mən özüm 1800-1900 manat məvacib alıram. Atam professor alim idi, ölkədə çox nadir bir elmlə – ilan zəhəriylə məşğul olurdu. Mən də Mədəniyyət və İncəsənət Universitetinin prorektoruyam. Universitetin 2500 tələbəsi var, 20 ildir orada dərs deyirəm. Hər yerdə bizim tələbələrimiz işləyir. Onlardan məni soruşun. 500 nəfər sənə deyəcək ki, bu müəllimə heç kimə demədən mənim təhsil haqqımı ödəyib, Türkiyəyə gedə bilməmişəm, yolpuluma, biletimə kömək edib. Yüzlərlə adama təmənnasız kömək etmişəm. Fikirləşmişəm ki, mənim də uşağım var və bu yaxşılıqlar nə vaxtsa qarşıma çıxacaq. Bir adam deyə bilməz ki, mən Aybəniz xanıma bir manat rüşvət vermişəm. Elə bir şey mümkün deyil”.

Gülşən Əliyevanın yüksək vəzifəyə getməsi xəbərinə ADMİU-dan mövqe öyrənə bilmədik.

Bənzər yazılar

Back to top button