İqtisadiyyat

Çindən 10 qəpiyə alınan alışqanlar 60 qəpiyə satılır

Bu ilin yanvar ayında Azərbaycana Çindən 1 milyon 609,8 min ədəd təkrar doldurulmayan, 2 milyon 600,24 min ədəd isə təkrar doldurulan cib alışqanları gətirilib.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, təkrar doldurulmayan alışqanların orta gömrük dəyəri 9,8 qəpik (5,7 sent), təkrar doldurulan alışqanların orta gömrük dəyəri isə 9,4 qəpik (5,5 sent) olub.

Məlumat üçün onu da bildirək ki, Dövlət Statistika Komitəsi bu ilin yanvar-fevral aylarında ölkədə alışqanın orta satış qiymətinin 56 qəpik olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, alışqanlar gömrük dəyərindən təxminən 6 dəfə baha satılır.

Bənzər yazılar

Back to top button