Dünya
AFAD ən vacib ehtiyacları açıqladı – Siyahı

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) prioritet ehtiyaclar siyahısını paylaşıb.
Yeniavaz.com xəbər verir ki, sözügedən siyahı aşağıdakı kimidir:
“Elektriklə çalışan qızdırıcı, iri-kiçik qaz balonu, odun sobası, odun, kömür sobası, cib qızdırıcısı, poverbank, generator, uşaq (1-5 yaş) və böyüklər üçün paltolar, kişi və qadın alt paltarları və corabları, qadın və kişi ayaqqabıları, qadın və kişi üçün yun geyimlər, alt paltarı, yağmurluq, yataq çantası, yastıq, çarpayı və yataq dəsti, birdəfəlik boşqablar, stəkanlar, çəngəl-qaşıqlar, tavalar, ketillər, qovurma, lobya, pendir, konservləşdirilmiş məhsullar, çay, qəhvə, çedar pendiri, zeytun, su, çörək və hazır qidalar”.