Siyasət

“Qarabağda sülhməramlılarının fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq”

“Son bir ildə Dağlıq Qarabağda vəziyyət kəskin şəkildə dəyişib və Rusiya sülhməramlılarının fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq”.

Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“2022-ci ilin oktyabrında Ermənistanın Baş naziri Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitdə Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyıb, bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə də öz mövqeyini bir daha təsdiqləyib. Beləliklə, Rusiya sülhməramlı kontingentinin regiona yeridilməsi şərtləri tənzimlənib və bu ilin 19-20 sentyabr tarixlərində baş vermiş toqquşmadan sonra əhalinin kütləvi şəkildə köçməsi fonunda sülhməramlılarımızın fəaliyyəti uyğunlaşdırılacaq. Rusiya sülhməramlı kontingentinin bir sıra daimi və müvəqqəti müşahidə məntəqələri artıq bağlanıb. Sülhməramlılarımızla bağlı fundamental məsələlər, artıq dediyimiz kimi, Bakı ilə müzakirə olunur”, – Zaxarova bildirib.

Bənzər yazılar

Back to top button