İdman
Ronaldinyo: “Messidə yalnız bu çatmırdı”

Məşhur braziliyalı sabiq futbolçu Ronaldinyo “Barselona”dakı keçmiş komanda yoldaşı Lionel Messinin Argentina millisi ilə DÇ-2022-nin qaibi olmasından danışıb.
Qol.az “Diario Sport”a istinadən xəbər verir ki, 42 yaşlı sabiq hücumçu 35 yaşlı forvardın adına çox sevindiyini deyib:
“Onun dünya çempionatındakı qələbəsinə görə çox şadam. Messidə yalnız bu çatmırdı. Əslində heç kim Messini ”Barselona”dan kənarda təsəvvür etmirdi. Amma futbolda hər şey ola bilər. İndi o, yoluna davam etməlidir”.
Qeyd edək ki, Messinin kapitanı olduğu Argentina millisi DÇ-2022-nin finalında Fransanı məğlub edərək (3:3, penaltilər seriyası – 4:2) mundialın qalibi adını qazanıb. Messi isə turnirin ən yaxşı futbolçusu seçilib.