Cəmiyyət

SOCAR Türkiyədə zəlzələ zonasında avtomobilləri pulsuz yanacaqla təmin edir

Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR Türkiyə” törəmə şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfada zəlzələ zonasında xilasetmə işlərinə cəlb edilmiş təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların nəqliyyat vasitələrini pulsuz yanacaqla təmin edir.

Şirkət həmçinin Azərbaycan vətəndaşlarını fəlakət zonasından təxliyə edən avtobuslara benzin və dizel yanacağı ilə dəstək verir.

“SOCAR Türkiyə” AFAD-a 6,4 milyon türk lirası məbləğində əsas tələbat malları verib, həmçinin 3,5 milyon lira məbləğində yardım edib.

Bənzər yazılar

Back to top button