Cəmiyyət

Türkiyədə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR: “Elit Academy” gəncləri dəvət edir (VİDEO)

Gənclərin qardaş Türkiyə ali təhsil ocaqlarında təhsil almasına yardımçı olan “Elit Academy”nın daha bir ofisi fəaliyyətə başladı. Ofis Bakı şəhəri, Nizami metrosunun yanında, Zerqarpalan küçəsi, ev 133, mənzil 25 ünvanında yerləşir. Bundan öncə “Elit Academya”nın Bakıda, Lənkəran və Kürdəmirdə ofisləri vətəndaşların ixtiyarına verilmişdi.

Xatırladaq ki, Elit Academy 2012-cü ildə Dünyanın bölgəsəl olaraq əlverişli mühitində olan Şərq və Qərbin, Şimal və Cənubun arasında yerləşən qədim yaşayış məskəni Azərbaycanda qurulmuşdur. Təşkilat qurulduğu gündən öz məqsəd və hədəfləri üçün daim yenilənərək bütün enerjisi ilə çətin yoluna davam etməkdədir. Təşkilat bu illər ərzində 5000-dən çox insanın həyatında rol oynamış və bu insanlara həkimlik, mühəndislik, maliyə, turizim, idarəetmə və bu kimi digər bütün ictimai-siyasi və sosial sahələrdə yer açmışdır. Təşkilatın ana hədəfi Türk ölkələrindəki gəncləri elmləndirmək, bir araya toplamaq və gələcəyə dönük bu yetişən insanlarla gələcəyi şəkilləndirməkdir.

“Elit Academy”nın yeni ofisində açılışı lentə alan Reallıq Tv – yə açıqlama verən şirkətin rəsmisi Rüstəm Kərimzadə bildirib ki, Türkiyədə yerləşən ali təhsil almaq istəyən gənclər şirkətə müraciət edə bilərlər və əlverişli şərtlərlə onlar seçdikləri universitetlərdə təhsil ala bilərlər. Əlaqə: (+99412) 596 33 03, (+99455) 940 40 96

Rüstəm Kərimzadənin Reallıq Tv – nin suallarını cavablandırdığı həmin reportajı təqdim edirik:

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button