Cəmiyyət

Sabah Bakıda qar gözlənilir

Fevralın 9-da Bakıda və Abşeronda sulu qar yağacağı gözlənilir, sinoptiklər bildiriblər.

Günün ikinci yarısında şimal-qərb küləyi güclənəcək, gecə havanın temperaturu 0-2 dərəcə şaxta, gündüz 0+ 1 dərəcə olacaq.

Ölkə rayonlarında bəzi yerlərdə sulu qar yağacaq. Dağlarda qar yağması intensiv olacaq. Qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0+4, gündüz müsbət 4+7 dərəcə olacaq. Dağlarda gecə mənfi 10-15, gündüz mənfi 3-8 dərəcə olacaq. Yollar buz bağlayacaq.

Bənzər yazılar

Back to top button