Dünya

Sarkisyan Seyran Ohanyanın işi üzrə dindirilib

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan sabiq müdafiə naziri, müxalifətin “Hayastan” fraksiyasının deputatı Seyran Ohanyana qarşı irəli sürülən ittiham üzrə dindirilib.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu parlamentdə ölkənin baş prokuroru Anna Vardapetyan bildirib.

Baş prokuror qeyd edib ki, Sarkisyanın göstərişi ilə sui-istifadə hallarının baş verdiyinə dair birbaşa sübut yoxdur. Lakin sənədlərin birində Ohanyan əllə yazıb ki, bu məsələni prezidentlə müzakirə edəcək.
Qeyd edək ki, Seyran Ohanyan hərbi hissənin ərazisinin qanunsuz olaraq özəlləşdirilməsi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Bənzər yazılar

Back to top button