Cəmiyyət

Yasamalda Zərifə Əliyeva liseyində “fond pulu” yığılır?

Azərbaycanda təhsildə aparılan islahatlar və dövlətin bu sahəyə ayırdığı vəsaitlərin ildən-ilə artırılmasına baxmayaraq təhsildə hələ də neqativ hallar qalmaqdadır. Təəssüflər olsun ki, 1992-93-cü illərdə, ölkədə siyasi anarxiyanın olduğu zamandakı kimi indi də bəzi məktəblərdə “süpürgə pulu”, “ləvazimat pulu” adı altında valideynlər soyulmaqdadır.

Ancaq bəzi məktəblər də var ki, daha da “irəli” gedərək şagirdlərdən “fond pulu” da tələb edirlər. Tezxeber.az-ın əldə etdiyi məlumata görə şagirdlərdən qeri-müəyyən fond pulu tələb edən məktəblərdən biri də Yasamal rayonunda yerləşən Akademik Zərifə Əliyeva adına liseydir.

Belə ki, məlumatda Liseyin direktoru Mehriban Vəliyevanın göstərişinə əsasən hər şagirddən 120 manat fond pulu, 11-ci sinif şagirdlərindən 390 manat, “Buraxlış gecəsi” karnavalına hər şagirddən 140 manat, xatirə albomu üçün 70 manat tələb olunur.

Məsələ ilə bağlı liseylə əlaqə saxlayıb münasibət öyrənməyə çalışdıq.

Lisey rəhbərliyi xəbərə münasibət bildirmədi.

Xatırladaq ki, Lisey 2008-ci il 28 aprel tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Qarşı tərəf münasibət bildirə bilər.

Bənzər yazılar

Back to top button