İdman

“Mançester Yunayted” üçün 6 milyard

Adı açıqlanmayan və Qətərdən olan bir investor şirkəti “Mançester Yunayted”i almaq üçün israrlıdır.

Qol.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Sözügedən şirkət artıq Premyer Liqa təmsilçisi üçün 6 milyard funt-sterlinq dəyərində təklif göndərib. Onlar klubun hazırkı sahibi Qleyzer ailəsinin bu təklifi müsbət cavablayacağından əmindirlər.

Daha əvvəl “Qatar Sports İnvestments” şirkəti “Mançester Yunayted”i almaq üçün çalışırdı. Lakin şirkətin PSJ kimi böyü bir kluba sahib olması onları bu fikirdən daşındırdı.

Qeyd edək ki, Qleyzer ailəsi bir müddətdir “Mançester Yunayted”i satmaq istəyir.

Bənzər yazılar

Back to top button