DünyaGündəm

Ölənlərin sayı 12 min 391-ə çatdı, 62 mindən çox yaralı var…

Türkiyə vaxtı ilə saat 03:00-a (Bakı vaxtı ilə 04:00) olan məlumata görə Kahramanmaraşda baş verən zəlzələlərdə 12 min 391 nəfər həyatını itirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, sonuncu məlumatlara əsasən xəsarət alanların sayı 62 min 914 nəfərə çatıb.

Açıqlamada, 6 fevral 2023-cü ildə Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə və mərkəzi Elbistanda olan 7,6 bal gücündə zəlzələlərdən sonra 1052 afterşokun meydana gəldiyi bildirilir.
22 min 277 nəfərin axtarış-xilasetmə əməliyyatlarına cəlb olunduğu qeyd olunub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button