İqtisadiyyatManşet

Pensiya fırıldağı ifşa olundu – Niyə yanvardan yox, fevralın birindən…

Dünən İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. Dəyişikliyə görə “2022-ci il yanvarın 1-dən 240” sözləri “2023-cü il fevralın 1-dən 280” sözləri ilə əvəz edilib.

Blirsiniz nədən Qanunda dəyişiklikdə pensiyaların minimum məbləği yanvarın 1-dən deyil fevralın 1-dən yazılıb? Axı təqvim ili fevraldan deyil, yanvardan başlayır. Diqqətlə oxuyun görəcəksiniz ki, bu xalqa simic hakimiyyət minimum məbləğdə pensiya alanlarında pulunda kəsməyi qənimət bilir.

Ötən il yalnız neft-qaz gəlirlərinin ixracatından Azərbaycana 35,1 milyard dollar vəsait gəlib ki, bu da özündən əvvəlki ildən 1,8 dəfə və ya 15,6 milyard dollar çoxdur. İnsaf edib, heç olmazsa bu puldan 0,00000001 faiz pensiyaçılara ayırsaydılar. ötən il 240 manat minimum pensiya alanlar bu ilin yanvarın 1-dən 280 manat alardı. Hələ bu azmış kimi bu ilin yanvar ayında da minimum pensiya hüququna malik olanlara da 240 manat ödənildi. Sizcə, 1 ayda pensiyaçılardan 40 manat kəsmək gündən günə inkişaf edən, güclənən dövlətə yaraşarmı?

Əgər qanunda dəyişiklik yalnız məbləğdə olsaydı, əvvəlki ildə olduğu kimi pensiyaların minimum məbləğinin artırılması yanvarın 1-dən tətbiq edilsəydi onda ötən il minimum pensiya ilə pensiya çıxanların pensiyası öncə 40 manat artmalı, sonra isə indeksləşmə 280 manatın üzərindən aparılmlı idi. İndi isə İlham Əliyev qanunda etdiyi son dəyişikliyə görə ötən il minimum məbləğlə pensiya çıxanların pensiyası yanvar 1-dən indeksləşdirilərək 240 manatdan 276 manata, fevralın 1-dən isə onların pensiyası 4 manataq artılılaraq 280 manata çatdırılır.

Ayıbdır, bu qədər də sosial ədalətsizlik və insafsızlıq olmaz!

Bu gün böyük ehtimalla indeksləşdirmə ilə bağlı fərman olacaq,..

Qubad İbadoğlu, iqtisadçı alim

Bənzər yazılar

Back to top button