İqtisadiyyat

AzTV borclu şəxsi tenderin qalibi seçdi – Nəticəsi ləğv olundu

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

Yeniavaz.com xəbər verir ki, AzTV ötən ilin dekabr ayının 27-də “2023-cü il üzrə 19 litrlik plastik polikarbonat qablarda bulaq suyunun satınalınması” ilə bağlı elan etdiyi müsabiqənin (Kotirovka sorğusu) qalibi fərdi sahibkar Seymur Rəfayıl oğlu Mansurov (VÖEN – 3600106622) olub. Seymur Mansurovun AzTV-yə ümumi dəyəri 25 200 manat olan 14 000 ədəd 19 litrlik qablarda su satması nəzərdə tutulurdu.

Qeyd edək ki, AzTV ləğv olunan tenderin əvəzinə yeni tender müsabiqəsi elan edib.

Onu da bildirək ki, tenderin qalibi elan olunan Seymur Rəfayıl oğlu Mansurovun hazırda dövlət büdcəsinə 5 723 manat 47 qəpik vergi borcu var.

Bənzər yazılar

Back to top button