Dünya

Suriyada ölənlərin sayı 3 min 480-ə çatdı

Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində ard-arda baş verən iki yüksək maqnitudalı zəlzələ Suriyada da ciddi dağıntılara və insan tələfatına səbəb olub.

Yeniavaz.com Suriya mətbuatına istinadla xəbər verir ki, baş verən güclü zəlzələlər nəticəsində bu ölkədə ölənlərin sayı 3480 nəfərə çatıb, 3000 xəsarət alan var.

Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumata görə, ölənlərin 1570-i hökumətin nəzarətində olan şəhərlərdə, 1910-u isə müxalif qrupların nəzarətində olan ərazilərdə olub.

Suriya hökumətinin verdiyi məlumata görə Hələb, Latakiya və Tartus əyalətlərində xilasetmə missiyaları hələ də davam edir.

Bənzər yazılar

Back to top button