Hadisə

“EuroHome”dakı yanğında 4 nəfər zəhərlənib, 8 nəfərə yerində yardım göstərilib

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub.

“Saat 16:05-ə olan məlumata görə 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var”, deyə məlumatda vurğulanıb.

Bənzər yazılar

Back to top button