Cəmiyyət

Türkiyədə zəlzələdən zərər çəkənlərə necə ianə etmək olar?

Türkiyəyə baş vermiş zəlzələdə zərər çəkmiş şəxslərə yardım etmək üçün qardaş ölkənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) Azərbaycanda da filialı olan “Zıraatbank”da xüsusi hesab açıb.

Hesaba pul köçürmək üçün linkinə daxil olmaq lazımdır.

Burada ilk növbədə yardımın məbləği daxil edilməli, valyutası seçilməlidir. Növbəti mərhələdə isə yardım edənlər adları, soyadları, telefon nömrələri və elektron poçtları barədə məlumat verməlidirlər. Bundan sonra isə kart məlumatları daxil edilməli və ödəniş həyata keçirilməlidir.

Bənzər yazılar

Back to top button