Cəmiyyət

Bakıdakı 118 yaşlı hamam tarixə qovuşur (VİDEO)

Buzovna qəsəbəsində yerləşən Cabayev adlı hamam tarixə qovuşmaq üzrədir.

AzToday.az oxu.az-a istinadən xəbər verir ki, 1902-ci ildə inşa edilən tarixi hamam baxımsızlıqdan öz fəaliyyətini dayandırıb.

Şərq memarlığı üslubunda tikilmiş hamam hazırda zibilliyi xatırladır. Hazırda qapısı olmayan hamamı zibilliyə çevirməsinlər deyə, qapı yerini taxta parçaları ilə bağlayıblar. Təəssüf ki, bu da abidənin zibilliyə çevrilməsinin qarşısını ala bilməyib.

Bənzər yazılar

Back to top button