Cəmiyyət

Rayonlarda qar, Bakıda güclü külək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti fevralın 9-na ölkə ərazisində faktiki hava şəraitilə bağlı açıqlama yayıb.

Xidmətin məlumatına görə, yağıntı, bəzi yerlərə qar yağıb. Belə ki, qar örtüyünün hündürlüyü Qaxda 46 sm, Ağdərədə (Ordubad) 28 sm, Şəkidə 23 sm, Ləzədə 20 sm, Şahdağda 18 sm, Xınalıqda 16 sm, Xaltanda 14 sm, Qrızda 12 sm, Lerikdə 11 sm təşkil edib.

Qusara 10 sm, Şamaxıya, Qubaya 9 sm, Şahbuza, Gədəbəyə 8 sm, Daşkəsənə, Altıağaca 7 sm, Göygölə 4 sm, Oğuza 3 sm, Qobustana 2 sm, Naxçıvana, Qəbələyə,, Zaqatalaya, Xaçmaza, İsmayıllyaı, Astaraya 1 sm qar düşüb.

Şimal-qərb küləyi arabir Nefçalada 20 m/s, Xaltanda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 36 m/s-dək güclənib. Neft Daşlarıda dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək şaxta, Naxçıvanda 10 dərəcəyədək şaxta, dağlıq rayonlarda 10-15 dərəcə şaxta, aran rayonlarında 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olub.

Bənzər yazılar

Back to top button