İqtisadiyyat

“Sirli ünvan”da yaradılan şirkətlərdən 3-ü ləğv olunur – Təfərrüat

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində eyni gündə təsis olunan 3 şirkət ləğv olunduğunu elan edib.

Yeniavaz.com xəbər verir ki, təxminən 2 ay əvvəl – 21.11.2022-ci il tarixində dövlət qeydiyyatına alınan və nizamnamə kapitalları 10 manat hər 3 şirkətin qanuni təmsilçisi İsayev Elməddin Misirxan oğludur.

Ləğv olunan 3 şirkətlərlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, qeyd olunan ünvanlarda mütəmadi olaraq çoxlu sayda şirkətlər dövlət qeydiyyatına alınır. Bu şirkətlərin qanuni təmsilçiləri də əksər hallarda eyni şəxslər olur.
Adlarında da bənzərlik olan bu şirkətlər dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib olurlar.

Məsələn, 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Asrofizika Rəsədxanası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Morgan-Az2021” MMC (VÖEN- 1904850541) olub. “Morgan-Az2021” MMC AMEA-ya ümumi dəyəri 40 min manat olan maşın və avadanlıqlar satıb. Tenderin qalibi olan “Morgan-Az2021” MMC tender elanından cəmi 2 gün əvvəl dövlət qeydiyyatına alınıb. Heç bir təcrübəsi olmayan bu şirkət(lər) tenderi udduqdan sonra büdcə qarşısındakı vergi öhdəliklərini də əksər hallarda ödəmirlər.

Aşağıdakı cədvəldə adları, hüquqi ünvanları, qanuni təmsilçiləri, nizamnamə kapitalları və qeydiyyat tarixləri arasında bənzərliklər olan yüzlərlə şirkətdən bəzilərini təqdim edirik:

Bənzər yazılar

Back to top button