Cəmiyyət

Türkiyədə zərərçəkmişlər üçün misli görülməmiş yardım toplama aksiyası

Azərbaycan paytaxtının eyni zamanda bir neçə yerində Türkiyədə zəlzələdən zərər çəkənlər üçün humanitar yardım toplanması və göndərilməsi davam edir. Turan-ın müxbiri fevralın 9-da Səbail rayonundakı Əl Oyunları Stadionuna baş çəkib – bu, cəmi bir gündür fəaliyyət göstərən sonuncu məntəqədir. Bu müddət ərzində artıq on tonlarla yardım – böyüklər və uşaqlar üçün isti geyim, ayaqqabı, ədyal, döşək, çadır, isidicilər, uşaq qidası, pampers, quru ərzaqlar toplanıb və göndərib.

Yardım axını fasiləsiz gedir. Sıravi vətəndaşlar, müxtəlif idarə və müəssisələrin kollektivləri aksiyaya qoşulub. Bir çox qutuların üstünə içərisində nə olduğu yazılıb. Demək olar ki, hamısı mağazalardan və anbarlardan alınan yeni əşyalardır.

Bir gün ərzində o qədər yardım toplanıb ki, toplanan əşyalar küçəyə yığılır, oradan yük maşınları ilə fəlakət zonasına göndərilir.

Bənzər yazılar

Back to top button