İdman

“Çelsi” və PSJ-nin təkliflərini rədd etdi

Dortmund “Borussiya”sının futbolçusu Cud Bellinqhem “Çelsi” və PSJ-yə keçməkdən imtina edib.

Qol.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi artıq adıçəkilən klubların rəsmi təkliflərini rədd edib.

Bildirilir ki, Bellinqem prixoloji olaraq bərbad vəziyyətdədir. İngiltərəli futbolçu karyerasını harada davam etdirəcəyini bilmir. Bununla belə, o, Fransa çempionatına keçmək istəmədiyinə əmindir. Belinqemin “Çelsi”dən imtina etməsinin səbəbi isə “zadəganlar”ın gərgin transfer kampaniyası və klubun qeyri-müəyyən gələcəyidir.

Qeyd edək ki, Bellinqem bu mövsüm “Borussiya”nın heyətində 23 oyunda 10 qol vurub və 4 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button