Cəmiyyət

“Azərpoçt” Türkiyədə zəlzələdən zərərçəkənlərə göndərişləri pulsuz çatdırır

Fevralın 9-dan “Azərpoçt”un bütün ölkə üzrə poçt şöbələrində Türkiyədə zəlzələ qurbanlarına yardımların qəbuluna və göndərilməsinə başlayıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Göndərişlərə görə heç bir xidmət haqqı alınmır. Bununla belə, bağlamaların qəbulu və qablaşdırılması adi poçt göndərişi qaydasında həyata keçirilir, yəni göndərilən mallar vətəndaşın iştirakı ilə siyahıya alınır və qablaşdırılır”, deyə məlumatda qeyd edilir.

Nazirlik vətəndaşlardan yardımların hazırlanması zamanı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) qoyduğu tələblərə riayət etmələri xahiş olunur.

“Nəzərinizə çatdıraq ki, istifadə olunmuş geyimlər və əşyalar gigiyenik şərtlər və epidemiya riski baxımından qəbul olunmur. Bundan əlavə, tez xarab olan və daşınması mümkün olmayan məhsullar göndəriş üçün qəbul edilmir”, deyə məlumatda qeyd edilir.

Yardım məqsədilə palto, plaş, papaq, şərf, əlcək, qış ayaqqabıları, isti üst geyimləri, alt paltarları, çadır, döşək, yorğan, yastıq, termos, uşaq bezləri, əl fənəri, generatorlar qəbul olunur.

Bənzər yazılar

Back to top button