GündəmManşetSiyasət

Moskva RF, Ermənistan, Azərbaycan XİN başçılarının görüşünü hazırlayır

Regionda sabitliyə nail olmaq üçün Rusiya, Ermənistan və Azərbaycan XİN başçılarının üçtərəfli görüşünün keçirilməsi ideyası üzərində işlənir. Bu barədə RF XİN başçısının müavini Sergey Ryabkov cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

“Bu məsələ üzərində işlənir. Biz bu ideyadan imtina etmirik. Sabitləşmə istiqamətində mövcud razılaşmalar çərçivəsində gələcək irəliləyiş üçün platforma və format təqdim etmək nöqteyi-nəzərdən əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik”, deyə o bildirib.

Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycan XİN başçılarının son görüşü 2022-ci ilin oktyabrında Astanada keçirilib.

Dekabrda Moskvada belə bir görüş keçirilməli idi, amma Ermənistan XİN başçısı Ararat Mirzoyan görüşə gəlməkdən imtina edib.(Turan)

Bənzər yazılar

Back to top button