
7 xəstə erməni Yerevanda cərrahi əməliyyat keçirilməsi üçün fevralın 9-da Qırmızı Xaç Komitəsinin maşınları ilə Qarabağdan Ermənistana aparılıb, xəbəri Ermənistan KİV-ləri yayıb.
Gün ərzində Laçın yolundan hər iki istiqamətdə Rusiya sülhməramlılarının da bir neçə maşını keçib.
Fevralın 8-də sülhməramlıların 15 yük maşınından ibarət karvan Ermənistandan Qarabağa 25 ton humanitar yük, o cümlədən ərzaq məhsulları aparıb, xəbəri Ermənistan tərəfi yayıb.(Turan)