İqtisadiyyat

Son 11 ildə Azərbaycanda neft hasilatı kəskin azalıb – Rəqəmlər

Yola saldığımız 2022-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 152 milyon barel (20 milyon ton) və ya gündə orta hesabla 415 min barel neft hasil edilib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2021-ci ildəki analoji rəqəmlərlə müqayisədə neft hasilatı 9% və ya 15 milyon barel az olub.

Gündəlik hasilat – “Çıraq” plantformasında 25 min, “Mərkəzi Azəri”də 104 min, “Qərbi Azəri”də 106 min, “Şərqi Azəri”də 64 min, “Dərinsulu Günəşli”də 76,3 min və “Qərbi Çıraq”da 39,4 min barel olub. Əvvəlki illə müqayisədə istisnasız olaraq bütün platformalarda gündəlik neft hasilatı aşağı düşüb.

2022-ci ildə AÇG-də ümumilikdə 141 neft hasilat quyusu və 49 qaz və su injektor quyusu istismarda olub. 2021-ci illə müqayisədə hasilat quyularının sayı 6 ədəd, qaz və su injektor quyularının sayı isə 12 ədəd artıb.

Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator – 30,37%), SOCAR (25%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib)  (9,57%), İNPEKS (9,31%), “Equinor” (keçmiş “Statoil”) (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.

Son 10 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı:

İllər Neft hasilatı
(milyon barel)
Quyuların sayı
(ədəd)
2012 243 94
2013 239 118
2014 233 123
2015 231 133
2016 230 149
2017 215 169
2018 213 168
2019 195 178
2020 175 180
2021 167 172
2022 152 190

Bənzər yazılar

Back to top button