İdman

“Barselona”nı maliyyə böhranından xilas etdik”

“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubundakı maliyyə qərarlarından danışıb.

Qol.az xəbər verir ki, o, “Sky Sport”a açıqlamasında deyib: “215 milyon avroya oyunçular aldıq və 141 milyon avroya futbolçular satdıq. 74 milyon avroya rəqabətədavamlı komanda yaratdıq. Biz əmək haqqı xərclərini təxminən 100 milyon avro azaltdıq və onları daha 70 milyon avro azaltmağı planlaşdırırıq. Bəli, biz “Barselona”nı maliyyə böhranından xilas etdik”.

“Barselona” La Liqada 20 turdan sonra 53 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniya klubunun ən yaxın izləyicisi “Real”ı 8 xal qabaqlayır.

Bənzər yazılar

Back to top button