Hadisə

Bəxtiyar Hacıyev infuziyadan imtina edərək aclıq aksiyasını davam etdirir

32-ci gündür aclıq aksiyası keçirən fəal Bəxtiyar Hacıyev bu gün professor Adıl Qeybulla və Bakı istintaq təcridxanasının tibbi-sanitariya hissəsinın həkimləri tətəfindən yenidən müayinə olunub.

Professorun Turan-a verdiyi məlumata görə, Hacıyevin bədən hərarəti 35,1 dərəcə, qan təzyiqi 95/70, şəkərin səviyyəsi 4,3, çəkisi 69,3 kq olub.

Qeybulla onu da bildirib ki, Hacıyev su-duz balansını bərpa etmək üçün infuziyadan imtina edib. Onun sözlərinə görə, təzyiqin və qan şəkərinin səviyyəsinin aşağı düşdüyünü nəzərə alsaq, aclıq aksiyasının davam etdirilməsi komaya səbəb ola bilər.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də o, aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.

Bənzər yazılar

Back to top button