Cəmiyyət

Türkiyə səfiri yardımı ilə gündəm olan Sərvərə zəng etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı köhnə avtomobili ilə Türkiyəyə yardım daşıyan Sərvər Bəşirliyə zəng edib.

Yeniavaz.com xəbər verir ki, səfir bu barədə öz tvitterdə hessabında paylaşım edib.

“Ölkəmizdəki zəlzələlər sonrası tək ürək olan, gücü çatdığı qədər yardım səfərbərliyinə girişən bütün Azərbaycan həmrəyliyinin simvolu halına gələn Sərvər Bəşirli qardaşımıza zəng vuraraq ölkəmiz və millətimiz adından təşəkkür etdim. Böyük ürəkli qardaşım mənim”, – deyə qeyd olunub.

Bənzər yazılar

Back to top button