İdman

Elə bil, fırtınanın tüğyan etdiyi dənizdəki qayıqda idim – Zəlzələdən sağ çıxan norveçli

Türkiyənin “Adana Dəmirspor” klubunun norveçli futbolçusu Fredrik Gülbrandsen Türkiyədə baş verən zəlzələdən necə sağ çıxdığı haqda danışıb.

Aut.az xəbər verir ki, Fredrik bu haqda sosial şəbəkə hesabında yazıb:

“Mən hələ də şokdayam. Fevralın 6-da Adanada yer silkələnəndə necə qorxduğumu sözlə ifadə edə bilmirəm. 15 mərtəbəli binanın son mərtəbəsində yatırdım. Öləcəyimə əmin idim.

Əmin idim ki, altımdakı mərtəbə sıradan çıxacaq, hələ də binanın yerində olduğuna inana bilmirəm. Elə bil ki, şiddətli fırtınanın tüğyan etdiyi dənizdəki qayıqda idim. Çölə çıxanda çoxlu insanların küçəyə axışdığını gördüm. Hamı dəhşət içində idi. Mən çox şanslıyam.

Türkiyədə yalnız bir turun matçları təxirə salındı! Bir! Mən inana bilmirəm ki, bu qədər insan hələ də həyatları üçün mübarizə apararkən tezliklə futbol oynamalı olacağıq.

O gecədən dəhşətli xatirələrim var. Siyasətçilər bunun insanlara necə təsir etdiyini başa düşə bilmirlər. Çoxları, mənim kimi, hələ də bilmirlər ki, evləri yerindədir, ya yox. Evlərinə qayıda biləcəklərmi?

Buna görə də bunu yazıram. Yeni zəlzələlər olarsa, nə edəcəksiniz? Binaların aqibəti necə olacaq? İndi hər şey təhlükəli görünür. Futbol mənim ən böyük həvəsimdir, amma həyatım daha önəmlidir”.

Bənzər yazılar

Back to top button