Hadisə

Vasif Talıbovun Bakıdakı kadrı yüksək vəzifəyə gedir

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov yaxın zamanlarda Naxçıvanda yüksək vəzifəyə gedəcək.

Bu barədə AzFakt.com saytının əldə etdiyi məlumatda deyilir.

Məlumata görə Bəxtiyar Əsgərov Naxçıvanda humanitar sahə üzrə fəaliyyət göstərən qurumlardan birinə rəhbər təyin olunacaq.

Qeyd edək ki, Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ən yaxın kadrlarından olub.

Vasif Talıbov vəzifədə olarkən onun Bakıdakı qeyri-rəsmi işlərinin bir hissəsinə də Bəxtiyar Əsgərov nəzarət edib.

Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən azad edildikdən sonra ona yaxın olan kadrlar vəzifələrindən uzaqlaşdırılsa da, Bəxtiyar Əsgərov yeni rəhbərliklə anlaşaraq kreslosunu qoruya bilib.

Bəxtiyar Əsgərovun hazırda əsas dəstəkçilərindən birinin Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli olduğu bildirilir. Eyni zamanda onun Naxçıvandan olan siyasi partiya sədrlərinin birinin dəstəyindən də istifadə etdiyi iddia edilir.

Xatırladaq ki, Bəxtiyar Əsgərov 2014-cü ildən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinə rəhbərlik edir.

Məsələ ilə bağlı Daimi Nümayəndəlikdən mövqe öyrənə bilmədik.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button