Dünya

Dünyanın ən varlı adamına daha bir zərbə

Dünyanın ən varlı adamı olan Amazonun sahibi Cef Bezos çətin günlər yaşayır.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ötən il ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan “National Enquirer” nəşri Bezosun çılpaq fotolarını yaydıqdan sonra milyarder bunu sevgilisi Lauren Sançezin qardaşının yaydığına işarə etmişdi. Bu səbəbdən Sançesin qardaşı Maykl Bezosu və onun təhlükəsizlik qrupunu məhkəməyə verib. O, barəsindəki iddiaların əsassız olduğunu və bunun bir qaralama kampaniyası olduğunu dilə gətirib.

Qeyd edək ki, bir neçə gün bundan öncə isə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salmanın Bezosun telefonuna spam video göndərməklə çox sayda məlumatı ələ keçirdiyinə dair məlumatlar yayılmışdı.

Bənzər yazılar

Back to top button