Cəmiyyət

Azərbaycan birinci hansı ölkəylə sərhədini açacaq?

“Azərbaycanın qonşu ölkələrlə sərhədinin açılması məsələsi müzakirəyə çıxarıla bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Politoloq deyib ki, koronavirus pandemiyası uzun müddət davam edəcək:

“Yaxın həftələrdə təyyarələrin uçuşlarına icazə verilib. Koronaviris hələ uzun illər bitməyəcək. Bu o demək deyil ki, virus ölmiyənə kimi sərhədlər qapalı qalmalıdır. Avropa ölkələrində də koronavirus bitməyib. Ancaq artıq öz aralarında sərhədi açıblar”.

Elxan Şahinoğlunun fikrincə, Azərbaycan ilk olaraq Gürcüstanla sərhədini açacaq:

“Müəyyən vəziyyət öyrəniləndən sonra düşünürəm ki, Azərbaycan da öz qonşuları, əsasən də Gürcüstanla sərhədi açacaq. Gürcüstanda virusa yoluxanlar azdır”.

Bənzər yazılar

Back to top button