İdman

“Real” və “Barselona”ya qadağa qoyuldu

Ispaniya La Liqasının prezidenti Xavyer Tebas “Real” və “Barselona”ya Avropa Super Liqasının TV hüquqları ilə bağlı danışıqlarda iştirak etməyə qadağa qoyub.

Qol.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Tebas bu qərarı yeni Super Liqa formatı ilə bağlı yayılan xəbərdən bir qədər əvvəl verib. O, bunu Avropa Super Liqasının təsirinin proqnozunu verən KPMG konsaltinq firmasının və İspaniya hüquq şirkəti “Uría Menendez”in məsləhəti ilə edib.

KPMG-nin proqnozuna görə, Super Liqa layihəsi La Liqada bu turnirə daxil olmayan klubların TV hüquqlarının dəyərini ciddi şəkildə zədələyəcək, İspaniya daxilində TV hüquqlarının dəyərini 10 faiz, beynəlxalq səviyyədə isə 25 faiz ucuzlaşdıracaq.

Qeyd edək ki, daimi üzvləri olmayan, 60-80 klubdan ibarət divizion formatlı, hər bir komandanın mövsümdə minimum 14 oyun keçirməsini və öz milli liqalarında çıxışını davam etdirməsini nəzərdə tutan yeni Super Liqa layihəsi ortaya çıxıb. Super Liqanın yaradılması ideyası əvvəlki kimi “Real”, “Barselona” və “Yuventus” tərəfindən dəstəklənir.

Bənzər yazılar

Back to top button