İdman

Ən çox qazanan futbolçuları siyahısı açıqlandı, Ronaldo Messini keçdi

Yay transfer fasiləsində “Yuventus”dan “Mançester Yunayted”ə transfer olunan Kriştiano Ronaldo qazancına görə PSJ-nin ulduzu Lionel Messini geridə qoyub.

Qaynarinfo xəbər verir ki, bu barədə məşhur “Forbes” jurnalı statistika açıqlayıb. Ronaldo nəşr tərəfindən dünyanın ən varlı oyunçusu seçilib.

Karyerası ərzində vergilərdən əlavə gəliri milyard dolları keçən ilk futbolçu olan Ronaldonun 2021-2022 mövsümündə əməkhaqqı və digər müqavilələr də daxil 91,5 milyon funt-sterlinq qazanacağı proqnozlaşdırılır. Messinin isə cari mövsümdə həm futbol, həm də digər gəlirlərinin ümumilikdə 80,5 milyon funt-sterlinqə çatacağı təxmin olunur.

Jurnalın hazırladığı 2021-22 mövsümündə maaş və digər gəlirlərlə birlikdə ən çox qazanc əldə edəcək 10 futbolçunun adının yer aldığı siyahı aşağıdakı kimidir:

1. Kriştiano Ronaldo (“Mançester Yunayted”) – 91,5 milyon funt-sterlinq
2. Lionel Messi (PSJ) – 80,5 milyon funt-sterlinq
3. Neymar (PSJ) – 69,5 milyon funt-sterlinq
4. Kylian Mbappe (PSJ) – 31,5 milyon funt-sterlinq
5. Məhəmməd Salah (“Liverpul”) – 30 milyon funt-sterlinq
6-7. Andres İnyesta (“Vissel Kobe”), Robert Levandovski (“Bavariya”) – 26 milyon funt-sterlinq
8. Pol Poqba (“Mançester Yunayted”) – 25 milyon funt-sterlinq
9. Qaret Beyl (“Real”) – 23,5 milyon funt-sterlinq
10. Eden Azar (“Real”) – 21 milyon funt-sterlinq

Bənzər yazılar

Back to top button