Dünya

ABŞ və Böyük Britaniya bir qrup rusiyalı hakerə qarşı sanksiya tətbiq edib

Cümə axşamı Bayden administrasiyası Britaniya hökumətilə birlikdə Rusiyanın 7 hakerinə qarşı birgə sanksiyalar tətbiq edib. Onlar ABŞ, Böyük Britaniya və Ukraynadakı kritik infrastruktur obyektlərinə kiberhücumlarda ittiham olunurlar, Turan-ın Vaşinqton müxbiri bildirib.

ABŞ rəsmi şəxslərinin sözlərinə görə, qrup iştirakçıları Rusiyada yerləşən Trickbot kibercinayətkar qrupunun üzvləridir.

Ötən il qrup müharibədən əvvəl Ukrayna hökumətinə, eləcə də ABŞ Maliyyə Nazirliyinə və bir sıra Amerika şirkətlərinə qarşı kiberhücumlar edib.

“Rusiya kibercinayətkarlar üçün sığınacaqdır. Trickbot kimi qruplar kiberməkanda ABŞ, Böyük Britaniya və bizim müttəfiqlərimizə, tərəfdaşlarımıza qarşı zərərli hərəkətlər törətməkdə sərbəstdir”, – dövlət katibi Entoni Blinken deyib.

Bənzər yazılar

Back to top button