Hadisə

Bakıda İran narkotacirləri ilə əlbir olan yerli narkokuryerlər həbc ediliblər

Bakının Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin fervralın 10-da yaydığı məlumatda deyilir.

Əməliyyatlar Balaxanı, Sabunçu və Ramana qəsəbələrini əhatə edib. Əməliyyatlar zamanı Azər Abbasov, Dadaş Dadaşov, Eldəniz Qəhrəmanov və Ramiz Təhməzov saxlanılıblar.

Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 5 kiloqrama yaxın heroin aşkar edilib.

Aparılan araşdırmalar zamanı bu şəxslərin hər birinin İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan vətəndaşları ilə əlbir olduqları müəyyən edilib. Saxlanılan şəxslər pul müqabilində narkokuryerlik təklifi qəbul ediblər.

Digər bir əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Sahib Mehdiyev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 4 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilib.

Toplanmış materiallar aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button