İdman

Ronaldo bu göstəricidə Messidən uzaqlaşdı

Kriştiano Ronaldo karyerasında 9-cu pokerə imza atıb.

Aut.az xəbər verir ki, 38 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatının “Əl-Vəhdə” ilə görüşündə 4 qola imza atıb. O, buna qədər altı dəfə “Real”da, iki dəfə Portuqaliya millisində poker müəllifi olub.

Ronaldonun əsas rəqibi sayılan Lionel Messi isə ondan geri qalır. Argentinalı 6 dəfə poker müəllifi olub. O, yalnız “Barselona”da bunu bacarıb.

Hər iki ulduzun aktivində 2 penta-trik də var. Ronaldo “Real”da, Messi “Barselona” və yığmada bunu gerçəkləşdirib.

Qeyd edək ki, Kriştiano 11, Lionel 8 oyunda ən azı 4 qol vurub.

Bənzər yazılar

Back to top button